Xətai rayon icra hakimiyyəti kommunal təsərrüfatı üçün 165 min AZN-lik mal alır
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Çəpərxan oğlu Quliyevin rəhbərliyi ilə Mərkəzi Kommunal Təsərrüfatı Birliyi müxtəlif növ malların satınalınması üçün 164.971,94 AZN büdcə ayırıb.
32gun.az xəbər verir ki, qərara alınan satınalmalara kərmək həyət üçün 20.000 ədəd 350 qramlıq və üç hissədən ibarət ip, dəmir materialdan hazırlanmış 12 litrlik 200 ədəd vedrə, 4,5 kV gücündə, 2 taktlı, 62cc silindir həcmi və 500 mm uzunluğunda zənciri olan, benzinlə işləyən bir ədəd ağac kəsən daxildir.
Bundan əlavə, sapsız böyük bel çalovdan 50 ədəd, kiçik bel çalovdan 200 ədəd, sapsız bel ucu iti və dəmir materialdan hazırlanmış xəkəndazdan 200 ədər, qalın polietilen materialdan hazırlanan qara zibil torbasından 3.000 kq, fasad üçün 3.500 kq emulsiya, təsərrüfat sabunu (72%, 100 qramlıq) 3.000 ədəd, sapı ilə birlikdə 100 ədəd yaba və 100 ədəd dırmıx, yağlı boya 1.400 kq, çiyindən asılan və benzinlə işləyən 3,2 kq-lıq otbiçən 22 ədəd və qar təmizləmək üçün 200 ədəd kürək və.s satın alınması nəzərdə tutulub.
Ayaz