ÖZ XƏBƏR

Bakı Dövlət Universiteti üçün avadanlıq və poliqrafiya materialları alınır

Bakı Dövlət Universiteti üçün müxtəlif avadanlıqların və poliqrafiya materiallarının satın alınması məqsədilə "Halal-P" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 47.799,44 AZN dəyərində müqavilə bağlanıb.

32gun.az xəbər verir ki,  satınalma çərçivəsində KONICA MINOLTA bizhub C227 printeri üçün qara, göy, qırmızı və sarı barabanlar, KONICA MINOLTA C1060L printeri üçün isə korotron Y/M/C/K və ötürücü kəmər əldə ediləcək. Quraşdırma və tənzimlənmə işləri də müqaviləyə daxildir.

Məlumata görə, şirkətin ilk təsisçisi Cəfərova Səbinə Namət qızı olub, sonrakı illərdə qanuni təmsilçilər Babayev Cavid Qafar oğlu və Zeynalli Uğur Südeyib oğlu vəzifələrini növbə ilə icra ediblər.

Ayaz

Oxşar Xəbərlər