ÖZ XƏBƏR
Ağsu şəhərində abadlıq işlərinə 647 min AZN büdcə ayrılır
Ağsu Rayon İcra Hakimiyyəti 2025-ci ildə şəhərdə aparılacaq abadlıq işləri üçün 647.396 AZN ehtimal olunan büdcə ayırıb.
32gun.az xəbər verir ki, planlaşdırılan işlərə Heydər Əliyev parkında piramidanın cənub tərəfindəki yararsız qırmızı və qara qranitlərin sökülməsi, döşəmənin yararsız tamet daşlarının dəyişdirilməsi, fontanların çöl və içərisindəki qranit üzlüklərin 18 sm qalınlıqda yenisi ilə əvəzlənməsi, həmçinin fontanların elektrik motor və hidrofonlarının, elektrik şitlərinin yenisi ilə əvəz olunması daxildir.
Məlumata görə, abadlıq işləri şəhərin görünüşünü yaxşılaşdırmaq və ictimai məkanların keyfiyyətini yüksəltmək məqsədi daşıyır.
Ayaz