ÖZ XƏBƏR

Qarabağ Suvarma Kanalının İstismarı İdarəsi ofis inventarlarını yeniləyir

Qarabağ Suvarma Kanalının İstismarı İdarəsi idarə otaqları üçün ofis inventarlarının satın alınması məqsədilə "Caucasian Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

32gun.az xəbər verir ki, müqavilənin dəyəri 11.670 AZN-dir. Satınalma çərçivəsində pəncərələr üçün oda dayanıqlı pərdə, müxtəlif ölçülü qəbul masaları, rəfli və laminat dolablar, işçi və qonaq masaları, həmçinin ergonomik kreslolar və kostyum asılqanları əldə ediləcək.

Məlumata görə, bütün inventarların quraşdırılması və istifadəyə hazır vəziyyətə gətirilməsi təchizatçı tərəfindən təmin olunacaq.  

Ayaz

Oxşar Xəbərlər