ÖZ XƏBƏR

Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi internet xidmətlərinə 142 min AZN ayırır

Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi fasiləsiz fəaliyyət göstərən istinad stansiyalarına (AZPOS) şəbəkə üzərindən internet və data xidmətlərinin təmin edilməsi məqsədilə  tender keçirir.

32gun.az xəbər verir ki, satınalmanın dəyəri 142.657,19 AZN-dir. Satınalma çərçivəsində Bakı (Mərkəz və Mərdəkan), Sumqayıt, Quba, Xaçmaz və Siyəzən stansiyalarına 1–2 Mbit/s sürətli rabitə kanalları 12 aylıq müddət üçün təmin olunacaq.

Ayaz

Oxşar Xəbərlər