ÖZ XƏBƏR
Dövlət Neft Fondu transformator və generatorlara texniki xidmət üçün 86 min AZN ayırıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu transformatorlara, aşağı və orta gərginlikli elektrik qurğularına və generatorlara texniki xidmət göstərilməsi, həmçinin sərfiyyat materiallarının təmin edilməsi üçün tender elan edib.
32gun.az xəbər verir ki, bunun üçün 86.185,32 AZN büdcə ayırılıb. Satınalma çərçivəsində Caterpillar markalı 6 generator və Schneider markalı 4 transformator üçün texniki xidmət göstəriləcək, generatorlar üçün yanacaq və yağ filtrləri, dizel mühərrik yağı və seperatorlar təmin olunacaq.
Ayaz