Azərbaycan Texniki Universitetində Süni İntellekt Laboratoriyası üçün Yeni Avadanlıqlar Alınacaq
Azərbaycan Texniki Universiteti süni intellekt laboratoriyasının inkişafı məqsədilə genişmiqyaslı satınalma həyata keçirir.
32gun.az xəbər verir ki, layihə çərçivəsində 1U rack serverlər, NVMe əsaslı saxlam sistemi, yüksək performanslı müəssisə səviyyəli şəbəkə switchləri və virtualizasiya platforması lisenziyaları təmin ediləcək. Laboratoriya üçün həmçinin 42U server rack-lər, tədqiqat terminaları və thin client-lər alınacaq. Təchizat arasında yüksək nüvəli prosessorlar, böyük tutumlu DDR5 RAM, AI akseleratorları və peşəkar sinifli GPU-lar da yer alır. Avadanlıqların quraşdırılması, konfiqurasiyası və 3 il davam edən nəzarət xidmətləri təmin olunacaq. Bundan əlavə, müəssisə səviyyəli backup həlli və məlumatların ehtiyat nüsxələnməsi üçün platforma da daxil olacaq. Satınalmanın ümumi ehtimal olunan dəyəri 2.209.997,57 AZN-dir.
Ayaz