ÖZ XƏBƏR
Dövlət İmtahan Mərkəzi könüllü tibbi sığorta xidməti alacaq
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi könüllü tibbi sığorta xidməti satın alacaq. Satınalmanın ehtimal olunan qiyməti 334.833,33 AZN-dir.
32gun.az xəbər verir ki, Xidmət çərçivəsində tibbi sığorta proqramına daxil olan tibbi xidmətlərdən 340 işçi və onların 480 ailə üzvü – 430 kişi, 390 qadın və 24 nəfər 3 yaşa qədər uşaq – yararlanacaq. Beləliklə, tibbi sığorta proqramından ümumilikdə 820 nəfər faydalanacaq
Ayaz