Ksenia Borodina baş ağrılarına görə siqareti tərgidib
Teleaparıcı Ksenia Borodina öz Telegram kanalında siqareti tərgitdiyini və bunun səbəbinin güclü baş ağrıları olduğunu bildirib.
32gun.az xəbər verir ki, Borodina qeyd edib ki, siqaretdən imtina etmək onun üçün spirtli içkilərdən uzaq durmaqdan daha çətin olub. O, spirtli içki qəbul etdikdən sonra özünü çox pis hiss etdiyini və ertəsi gün həm fiziki narahatlıq, həm də günahkarlıq duyğusunun yarandığını söyləyib.
“Çox içən biri olmamışam, hətta şirkətdə ən ‘sıxıcı içən’ mənəm. Amma sağlam yuxu mənim üçün daha dəyərlidir”, — deyə aparıcı bildirib.
O, bir neçə gün əvvəl siqareti tamamilə buraxdığını və artıq yuxu rejiminə ciddi nəzarət etdiyini vurğulayıb. Borodina gecə saat birə qədər yatmağa çalışdığını əlavə edib.
“Bir sözlə, məni tam intizama salan saatların qulu oldum”, — deyə televiziya ulduzu zarafatla əlavə edib.
Borodina iki qız övladı — Marusya və Teonanı böyüdür. Böyük qızı 2009-cu ildə sahibkar Yuri Budaqovdan dünyaya gəlib. Aparıcı 2012-ci ildə ilk həyat yoldaşından ayrılıb. Teona isə 2015-ci ildə biznesmen Kurban Omarovdan doğulub. Cütlük 2021-ci ildə boşanıb. 2025-ci ilin iyununda Borodina bloqer Nikolay Serdyukovla ailə qurub.
Nilay