DÜNYA ÖZ XƏBƏR

Pekində “tarakanlı kofe” satışa çıxarıldı

Pekindəki Həşərat Muzeyi qeyri-adi içkilər seriyasını təqdim edib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Muzeydə satışa çıxarılan yeni kofe içkisi üzərinə üyüdülmüş tarakan tozu səpilir və tərkibində quru sarı un qurdu da var. Ziyarətçilər içkinin dadını “yanıqa bənzər və bir qədər turş” kimi təsvir edirlər.

Muzey əməkdaşının sözlərinə görə, 6 dollarlıq içki 2025-ci ilin iyun ayının sonunda satışa buraxılıb və son günlər sosial şəbəkələrdə sürətlə populyarlaşıb. “Biz həşərat muzeyi olduğumuza görə içkilərimiz də mövzuya uyğun olmalıdır,” – deyə o bildirib.

Yeni seriyada həmçinin karnivor bitkinin həzm şirəsinə əsaslanan içki və yalnız Helouin dövründə satılan limitli “mürəkkəb-mürəkkəb” (yəni “qarışqa aromalı”) kofe də yer alıb. Bütün komponentlər təhlükəsizliyi təmin etmək üçün ənənəvi Çin təbabəti mağazalarından alınır.

Xalq təbabətində tarakanların qan dövranını yaxşılaşdırdığı, proteinlə zəngin un qurdlarının isə immuniteti gücləndirdiyi hesab olunur. Əsas auditoriya isə yeniyetmə və gənclərdir. “Valideynlər uşaqlara belə içkilər almır — tarakanları sevmirlər,” – deyə əməkdaş əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Çində yaşıl soğanlı latte də populyar olmuşdu.

Ayaz 

Oxşar Xəbərlər