ÖZ XƏBƏR

Cənub Təmir-Tikinti Servisin vergi borcu üzə çıxdı — Rəqəm diqqət çəkdi

“Cənub Təmir-Tikinti Servis” MMC-nin külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az xəbər verir ki, şirkətin dövlətə olan öhdəliyi 180 327,19 AZN təşkil edir.

Müəssisə riskli vergi ödəyicisi kimi qeydiyyata alınıb. Şirkət Astara rayonu, Ərçivan qəsəbəsində fəaliyyət göstərir və hesabat dövrü 01.01 – 31.12 aralığını əhatə edir.

Qeyd edək ki, MMC-nin nizamnamə kapitalı cəmi 10 manat göstərilib.

Şirkətin qanuni təmsilçisi isə Anar Adilov Nazim oğludur.

Ayaz

Oxşar Xəbərlər