Sadiq Əliyev elan etdi: Dövlət Məşğulluq Agentliyi 104 min manata avtomobil təmir etdirəcək
Dövlət Məşğulluq Agentliyi nəqliyyat vasitələrinin cari təmiri xidmətlərinin satın alınması üzrə “Best Auto Service” MMC ilə müqavilə bağlamağa hazırlaşır.
32gun.az xəbər verir ki, xəbər verir ki, tərərflər arasında bağlanacaq müqavilənin dəyəri 104 760,52 AZN təşkil edir.
Sənəddə Mitsubishi L200 markalı, 2024-cü il buraxılışlı və 77 YN 393 dövlət nömrə nişanlı avtomobil üçün salon filtrinin dəyişdirilməsi, yağ karterinin şaybasının yenilənməsi, mühərrik yağı və yağ filtrinin dəyişdirilməsi, eyni zamanda 5W30 xüsusiyyətli mühərrik yağının (ümumilikdə 21,9 litr) təmin edilməsi nəzərdə tutulur. Təmir paketinə əlavə olaraq eyni model digər nəqliyyat vasitəsi üçün qızdırıcı şamların dəyişdirilməsi və digər xidmətlərin göstərilməsi də daxildir. Gözlənilir ki, satınalma yaxın günlərdə rəsmiləşdiriləcək.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevdir.
Nilay