ÖZ XƏBƏR

Tərtər Rayon Mərkəzi Xəstəxanasının 35 minlik tenderi ləğv edildi

Tərtər Rayon Mərkəzi Xəstəxanası tərəfindən müxtəlif növ malların satın alınması üçün elan edilmiş açıq tender ləğv edilib.

32gun.az xəbər verir ki, , satınalmada iştirak üçün tələb olunan sayda — yəni ən azı üç təchizatçının lisenziya və ya icazə ilə tam uyğun təklif təqdim etməməsi səbəbindən proses 36.1.1-ci maddəyə əsasən qüvvədən düşüb. Ləğv protokolunun qeydiyyatı üçün aidiyyəti quruma təqdim olunduğu qeyd edilir.

Satınalmanın ehtimal olunan dəyəri 34 989,95 AZN idi və tender çərçivəsində xəstəxananın ehtiyacı üçün smart switch avadanlıqları, SSD yaddaş qurğuları, müxtəlif modellərdə printerlər, UPS və UPS batareyaları, kompüter və periferik cihazlar, üz tanıma sistemi, otbiçən avadanlığı, həmçinin tibbi soyuducuların alınması planlaşdırılırdı. Texniki tələblərə əsasən, bütün avadanlıqlar yüksək performans, sertifikatlaşdırma və enerji səmərəliliyi üzrə müəyyən edilmiş standartlara cavab verməli, eləcə də üz tanıma sisteminin quraşdırılması və istismara hazır vəziyyətdə təhvil verilməsi təmin olunmalı idi.

Məlumata görə, tenderin yenidən elan olunub-olunmayacağı barədə hələlik açıqlama verilməyib.

Ayaz

Oxşar Xəbərlər