ÖZ XƏBƏR

Pediatriya Mərkəzinin 80 minlik tenderi ləğv edildi

Respublika Pediatriya Mərkəzi müxtəlif növ tibbi avadanlıqların təmiri ilə bağlı elan etdiyi satınalmaya dair proseduru ləğv edib. 

32gun.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan sayda — ən azı üç təchizatçının lisenziya və ya icazə ilə tam uyğun təklif təqdim etməməsi səbəbindən proses 36.1.1-ci maddəyə əsasən etibarsız hesab edilib. Qurumun qeyd etdiyi ləğv mətnində “yetərsay təchizatçı iştirak etməmişdir” ifadəsi ilə vəziyyət rəsmiləşdirilib.

Satınalmanın ehtimal olunan qiyməti 80 738,55 AZN təşkil edirdi və bu məbləğ çərçivəsində müxtəlif tibbi avadanlıqların təmiri nəzərdə tutulurdu. Hazırda prosedurun yenidən elan olunacağı ilə bağlı məlumat yoxdur.

Ayaz

Oxşar Xəbərlər