ÖZ XƏBƏR

Fövqəladə Hallar Nazirliyi minik avtomobilləri alır — 405 minlik satınalma

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti minik avtomobillərinin satın alınması ilə bağlı yeni layihə həyata keçirir.

32gun.az xəbər verir ki,  satınalmanın ehtimal olunan dəyəri 405 710 AZN təşkil edir. Layihə çərçivəsində 2025-ci il buraxılışlı sedan tipli xidmət və minik nəqliyyat vasitələrinin alınması planlaşdırılır.

Avtomobillər 2.0 hibrid mühərrik, yüksək at gücü və elektrik mühərrik gücü ilə təchiz olunacaq, iqlim kontrolu, alüminium disklər, Carplay, Cruise Control, multi sükan, oturacaqların isidilməsi və elektron idarəetmə, 360 dərəcə və arxa görüntü kameraları, yaddaş paketi, monitor və dəri oturacaqlar kimi komfort və təhlükəsizlik xüsusiyyətlərinə malik olacaq. Hər bir avtomobil üçün yanacaq çəni və təkər ölçüləri standartlara uyğun təyin edilib.

Ayaz

Oxşar Xəbərlər