Ramin Bayramlının kadrı olan Musa Abbasov 268 min manatı görün nəyə xərcləmək istəyirmiş
“Mərkəzi Neftçilər Xəstəxanası” Publik Hüquqi Şəxsinin 19 noyabr 2025-ci il tarixində elan etdiyi “Kompüter (ofis) avadanlıqlarının satın alınması” müsabiqəsi nəzarət orqanının qərarı ilə ləğv edilib.
32gun.az xəbər verir ki, Ümumi dəyəri 268.864,97 manat olan tender çərçivəsində monoblok kompüterlər, çoxfunksiyalı A4 ağ-qara printer, Full HD lazer proyektor, A4 printer və peşəkar A3 rəngli çoxfunksiyalı çap qurğusunun alınması nəzərdə tutulurdu.
Lakin nəzarət orqanının müdaxiləsi nəticəsində proses dayandırılıb və səbəblərlə bağlı əlavə məlumat açıqlanmayıb.
Xatırladaq ki, Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasovdur. O, 2020-ci ildən bu vəzifədə çalışır və bu təyinata əvvəlcə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı tərəfindən aprel ayında təyinat alıb.
Ayaz