ÖZ XƏBƏR
Tərtər Mərkəzi Xəstəxanasının tenderi LƏĞV EDİLDİ – Təchizatçı sayı üçdən az çıxdı
“Tərtər Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin müxtəlif növ malların alınması üzrə 19 noyabr 2025-ci il tarixində elan etdiyi tender ləğv edilib.
32gun.az xəbər verir ki, ümumi dəyəri 34.989,95 manat olan satınalma prosesi açıq tender üsulu ilə keçirilsə də, iştirak üçün təklif və təklifin təminatını təqdim edən, həmçinin tələb olunan halda müvafiq lisenziyaya malik təchizatçıların sayı üçdən az olduğu üçün prosedur 36.1.1-ci maddəyə əsasən dayandırılıb. Ləğv protokolu qeydiyyat üçün müvafiq orqana təqdim olunub və proses rəsmən etibarsız hesab edilib.
Ayaz