Salyan Mərkəzi Xəstəxanasının təmir tenderi baş tutmadı
“Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin əsas korpus və ona bitişik yardımçı binaların çöl fasadlarında cari təmir işlərinin satın alınması ilə bağlı tender ləğv edilib.
32gun.az xəbər verir ki, ümumi dəyəri 9.953,30 manat olan satınalma çərçivəsində fasadlarda ayaqaltıların qurulub-sökülməsi, matanın vurulması, tarsovka işi və emulsiya ilə rəngləmə nəzərdə tutulurdu. Lakin tender 36.1.1-ci maddəyə uyğun olaraq, tələb olunan sənədləri təqdim edən və müvafiq icazəyə malik təchizatçıların sayının üçdən az olması səbəbindən etibarsız hesab edilib.
Beləliklə, satınalma proseduru rəsmən dayandırılıb və işlər üzrə yeni tender elanının olub-olmayacağı hələlik açıqlanmayıb.
Xatırladaq ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının direktoru Şirinxanım Səmədovadır.
Ayaz