ÖZ XƏBƏR
Şirvan Mərkəzi Xəstəxanası 26 minlik tikinti materialı alır – Podratçı müəyyənləşdi
“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin tikinti mallarının satın alınması ilə bağlı keçirilən müsabiqənin qalibi məlum olub.
32gun.az xəbər verir ki, satınalmanın ümumi dəyəri 26.676,26 manat təşkil edir və müqavilə “MM İnşaat Group” MMC ilə bağlanıb.
Alınacaq tikinti materiallarına stekloizol hidroizolyasiya örtüyü, gips əsaslı astar spaklovka, 60x60 ölçülü keramik üzlük tavalar, M400 portlandsement, silisium oksid tərkibli qum və qırmadaş, fasad üçün akril boya, antibakterial tibbi linoleum, həmçinin müvafiq yapışdırıcılar daxildir.
Qeyd edək ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyovdur.
Ayaz