ÖZ XƏBƏR

ADSEA-nın 80 minlik tenderinin qalibi məlum oldu – 10 manatlıq şirkət böyük layihəni götürdü

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya Xidməti” PHŞ-nin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən IT infrastrukturunun qurulması məqsədilə inzibati binalarda kabelləşmə işləri üçün tələb olunan avadanlıqların satınalması üzrə keçirilən tenderin qalibi “ONOFF” MMC olub.

32gun.az xəbər verir ki,  layihənin ümumi dəyəri 80.559,87 manat təşkil edir.

Satınalma çərçivəsində müxtəlif ölçülü rack kabinetlər, kabel aksesuarları, PDU-lar, 42 kilometrdən çox Cat5 kabel, minlərlə RJ45 ucluqları və socketləri, kabel kanalları, fiber-optik avadanlıqlar, eləcə də quraşdırılma işləri nəzərdə tutulur. İşlərin Ordubad, Culfa, Şahbuz, Babək, Şərur, Kəngərli, Sədərək və Naxçıvan şəhərlərindəki inzibati binalarda aparılması planlaşdırılıb.

Diqqət çəkən məqamlardan biri isə budur ki, tenderin qalibi olan “ONOFF” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi Emil İbrahimov Sərdar oğludur.

Ayaz

Oxşar Xəbərlər