ÖZ XƏBƏR

Qoşqar Təhməzlinin vəzifə verdiyi Əli Nəbiyev 205 min mantı görün nəyə xərcləmək istəyir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsinin laboratoriya binasının 1-ci mərtəbəsində əsaslı təmir işlərinin satın alınması üçün tender elan edilib.

32gun.az xəbər verir ki,  tenderin ehtimal olunan dəyəri 204.938,00 AZN təşkil edir və işlərin əsas məqsədi laboratoriya binasının infrastrukturu və daxili şəraitinin yenilənməsi, eləcə də işçilər üçün daha rahat və təhlükəsiz iş mühitinin yaradılmasıdır.

Hazırda təmir işlərinin icrası üçün iştirakçıların təqdim edəcəyi təkliflər nəzərdən keçirilir.

Xarırladaq ki, 21 iyul 2023-cü ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədri Qoşqar Təhməzlinin əmri ilə agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə Əli Nəbiyev təyin edilib.

Ayxan 

Oxşar Xəbərlər