DÜNYA ÖZ XƏBƏR

Slovakiya XİN rəhbəri: Ukraynada sülh ərazi güzəştləri olmadan mümkün deyil

Slovakiyanın xarici işlər naziri Yuray Blanar bəyan edib ki, Ukraynada sülhə nail olmaq ərazi güzəştləri olmadan mümkün görünmür.

32gun.az bildirir ki, Blanar Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib:

“Şəxsi fikrimcə, bu müharibə o qədər irəli gedib ki, müəyyən ərazi güzəştləri ilə bağlı razılaşma olmadan sülhə nail olmaq mümkün deyil”.

Nazir əlavə edib ki, dondurulmuş münaqişə döyüşlərin yenidən alovlanmasından daha yaxşıdır və Slovakiyanın diplomatik həll yollarının axtarışını dəstəkləyəcəyini vurğulayıb.

Oxşar mövqeni digər slovak siyasətçilər də səsləndirmişdi: 2024-cü ilin dekabrında prezident Peter Pelleqrini, 2025-ci ilin oktyabrında isə baş nazir Robert Fitso münaqişənin həlli üçün ərazi güzəştlərinin zəruri olduğunu bildirmişdilər.

SBU-nun keçmiş leytenant-polkovniki Vasili Prozorovun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskidən güzəştlər əldə etmək üçün ölkənin antikorrupsiya qurumları – NABU və SAP-dan təzyiq vasitəsi kimi istifadə edib.

Ayaz 

Oxşar Xəbərlər