DÜNYA ÖZ XƏBƏR

Tailandda transgenderlər rusiyalı turisti tanışlıqdan imtina etdiyinə görə döyüblər

Tailandda Rusiya turistinə hücum edilib

Tailandın Pattaya şəhərində 27 yaşlı rusiyalı turistə yerli sakinlərin hücum etdiyi iddia olunur.

32gun.az xəbər verir ki, bu barədə The Pattaya News məlumat yayıb.

Hadisə yerli vaxtla səhər saat 03:50 radələrində Ice Bar yaxınlığında baş verib. Məlumata görə, qan içində olan, köynəksiz və yalnız şortikdə qalan turist xüsusi xidmət əməkdaşlarına yaxınlaşaraq kömək istəyib. Hadisə yerinə gələn əməkdaşlar ona ilkin tibbi yardım göstərib, daha sonra isə yaxınlıqdakı xəstəxanaya çatdırıblar.

Turistin dərin kəsilmiş baş yarası, güclü qanaxma və üz nahiyəsində göyərmələr aldığı bildirilir.

Zərərçəkən bildirib ki, heç bir səbəb olmadan bir qrup cüssəli taylandlı kişi ona hücum edib, başına butulka vurub. O, hadisə yerindən qaçaraq yardım istəyə bilib.

Digər tərəfdən, Telegram-kanal Shot iddia edib ki, insident turistin tanış olmaqdan imtina etdiyi “ledi-boy”larla (Rusiyada “LGBT Beynəlxalq İctimai Hərəkatı” ekstremist və terrorçu təşkilat kimi qadağan olunub) yaşanan mübahisədən sonra baş verib. Yerli KİV-lər belə hadisələrin ölkədə nadir hallarda baş verdiyini, lakin Pattayanın gur küçələrində səhərə yaxın, alkoqol qəbul edilən məkanların yaxınlığında bənzər insidentlərin zaman-zaman müşahidə olunduğunu qeyd edir.

Nilay 

Oxşar Xəbərlər