ÖZ XƏBƏR

“Regional Hospital”-ın vergi borcu artaraq 600 min manatı ötdü

“Regional Hospital” MMC-nin vergi borcu artaraq 600 min manatı keçib.

32gun.az xəbər verir ki, şirkətin hazırkı vergi borcu 694.780,61 AZN təşkil edir.

Müəssisə Bakı şəhəri, Binəqədi rayonu, Mədə 3-cü (Binəqədi qəs.), m.80, korpus 109 ünvanında qeydiyyatdadır.

Şirkətin qanuni təmsilçisi Pərviz Qorçuyev Dosməmməd oğludur.

Ayaz

Oxşar Xəbərlər