DSMF-də 55 min manatlıq alış-veriş - Müdir üçün oturacaq və digər avadanlıqlar, dolablar və.s
Dövlət Sosial Müdafiə Fondu müxtəlif inventarların alınması ilə bağlı yeni satınalma proseduru başladıb.
32gun.az xəbər verir ki, sənədlərdə göstərilən məlumata əsasən, inventarların satın alınması üçün ehtimal olunan məbləğ 54.986,82 AZN olaraq göstərilib.
Satınalmaya aşağıdakı inventar növləri daxildir:
– Oturacaq – İclas masa dəsti
– Masa – İclas masa dəsti
– İşçi dəsti üçün masa və oturacaqlar (9 şöbə müdiri + 54 işçi)
– Printer altlıqları
– Sənədlər üçün dolablar
– Paltar dolabları
– Müdir dəsti üçün oturacaq və digər avadanlıqlar (4 departament müdiri)
və digər inventarlar.
Xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nazir Anar Əliyev, Fondun İdarə Heyətinin sədri isə Zəka Mirzəyevdir.
Ayaz