ÖZ XƏBƏR
FHN-in Xəzər Xilasetmə Xidməti tenderi buna görə ləğv edildi
Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidməti yedək gəmilərinin təsnifat cəmiyyətində illik baxışdan keçirilməsi xidmətinə dair elan etdiyi satınalmanı ləğv edib.
32gun.az xəbər verir ki,, müsabiqədə iştirak üçün təklif və təklifin təminatını təqdim edən, həmçinin tələb olunduğu halda müvafiq lisenziyaya malik olan təchizatçıların sayı qanunvericiliyin tələb etdiyi minimum həddə – yəni üçə çatmayıb.
Ləğv mətni rəsmi sənəddə belə göstərilib:
Müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması səbəbilə müsabiqənin tamamlanması mümkün deyil. “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə əsasən açıq tender müsabiqəsi ləğv olunsun.
Ayaz