ÖZ XƏBƏR

Dövlət Komitəsindən 165 minlik “maarifləndirmə” müqaviləsi – 10 manatlıq şirkət böyük tenderi necə qazandı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini maarifləndirmə tədbirlərinin keçirilməsi üçün elan etdiyi satınalmanın qalibi olaraq “PROSPER” MMC-ni seçib.

32gun.az xəbər verir ki,  tərəflər arasında 165.636,6 manatlıq müqavilə bağlacağı gözlənilir.

Müqavilə çərçivəsində Bakıda keçiriləcək tədbirlər üçün tədbir zalının icarəsi, güllər, LED monitorların icarəsi, səhnə və kürsü qurğuları, suflyor monitoru, səhnə işıqlandırılması, mikrofon icarəsi, video çəkiliş, foto-video məkanlarının təşkili, elektron roll-up və digər xidmətlərin alınması nəzərdə tutulur.

Bildirək ki, tenderin qalibi olan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. “PROSPER” MMC-nin qanuni təmsilçisi Vüqar Səfərov İlqar oğludur.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri sabiq deputat Ramin Məmmədovdur.

Ayaz

Oxşar Xəbərlər