ÖZ XƏBƏR

Neftçala Suvarma Sistemləri İdarəsindən 77 minlik "alış-veriş"

Neftçala Suvarma Sistemləri İdarəsi istehsalat nəqliyyatları — ekskavator, buldozer və digər xüsusi texnikalar, eləcə də avtomobil nəqliyyat vasitələrinin cari təmiri üçün ehtiyat hissələrinin satın alınması üzrə keçirilən tenderin qalibi kimi “Avto Texnika Detaling” MMC-ni seçib.

32gun.az xəbər verir ki, 77.231 manatlıq müqavilə bağlanacağı gözlənilir. 

Qalib elan edilən şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır, qanuni təmsilçisi Teymur Müslümov Əkrəm oğludur.

Satınalma çərçivəsində müxtəlif növ ağır texnikaların və avtomobil nəqliyyat vasitələrinin işlək vəziyyətdə saxlanması üçün ehtiyat hissələrinin alınması nəzərdə tutulur 

Ayaz

Oxşar Xəbərlər