ÖZ XƏBƏR
“Azaqrotexnika” MMC-nin 59 minlik vergi borcu
“Azaqrotexnika” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində yeni maliyyə məlumatları üzə çıxıb.
32gun.az xəbər verir ki, şirkətin dövlət büdcəsinə olan vergi borcu 59.584,49 manat təşkil edir.
Rəsmi qeydlərə görə, MMC-nin qanuni təmsilçisi İlkin Allahverdiyev Sadəddin oğludur. Daha bir diqqətçəkən məqam isə odur ki, şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.
Beləliklə, cəmi 10 manatlıq kapitalı olan bir şirkətin on minlərlə manat vergi borcu toplaması həm fəaliyyətin miqyası, həm də öhdəliklərin icrası ilə bağlı suallar yaradır.
Ayaz