ÖZ XƏBƏR
MİDA-dan 20 milyonluq tikinti anlaşması – 10 manatlıq şirkətlə
“MİDA” MMC Abşeron rayonunun Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində çoxmənzilli yaşayış binalarının – 5 nömrəli 12 mərtəbəli, həmçinin 6 və 7 nömrəli 16 mərtəbəli korpusların tikintisi ilə bağlı keçirilən iri həcmli satınalmanın qalibini müəyyənləşdirib.
32gun.az xəbər verir ki, layihənin dəyəri 20.310.580 manat təşkil edir və bu milyonluq tenderin qalibi “YAR İnşaat Təmir-Tikinti” MMC olub.
Tenderi udan MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Qurumun qanuni təmsilçisi Qafar Nağıyev Vaqif oğludur.
Ayaz