ÖZ XƏBƏR

Dövlət Sosial Müdafiə Fondu 4 ədəd pikap tipli xidməti avtomobil alıb

“Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi Şəxsi tərəfindən 4 ədəd yolsuzluq tipli xidməti minik avtomobilinin satın alınması üçün “Yenimotor” MMC ilə müqavilə bağlanıb.

32gun.az xəbər verir ki, bağlanmmış müqavilənin dəyəri 227.120 AZN təşkil edir.

Avtomobillər 2024–2025-ci il istehsalı olacaq və minimum texniki göstəriciləri arasında yük hissəsi 1500x1500x525 mm, klirens 220 mm, mühərrik həcmi 2400 sm³, maksimum güc 140 at gücü, sərnişin sayı 5 nəfər və dizel yanacaq yer alır. Avtomobillər həmçinin ABS, EBD, ASC, HSA, TSA, ESS, təhlükəsizlik yastıqları, mərkəzi qapı kilidləmə sistemi, parkinq sensorları və digər təhlükəsizlik sistemləri ilə təchiz olunacaq.

Xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nazir Anar Əliyev, Fondun İdarə Heyətinin sədri isə Zəka Mirzəyevdir.

Ayaz

Oxşar Xəbərlər