“Azərxalça”da 1.4 milyona görün nə almaq istəyirmişlər
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən elan edilən ipək xammalının satınalması tenderi ləğv edilib.
32gun.az xəbər verir ki, ləğvin səbəbi olaraq qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır (36.1.1.).
Tenderdə nəzərdə tutulan məhsullar arasında xov ipi №-3,5/1 (5.000 kq), əriş (tovlu) №-3,1 (1.200 kq) və argac №-7/1 (450 kq) yer alıb. Ehtimal olunan qiymət 1.400.518,70 AZN təşkil edirdi.
Ləğv olunmuş tender, ölkədə ipək xammalının təminatı və rəqabət şəraitində satınalma proseslərinin təşkili ilə bağlı problemləri gündəmə gətirib.
Xatırladaq ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədovdur.
Ayxan