ÖZ XƏBƏR

10 manat nizamnamə kapitalı olan şirkət 1,29 milyonluq tender qazandı

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi Nəqliyyat və Xüsusi Texnika idarəsinin balansında olan Mitsubishi, Toyota və Nissan markalı avtomobillərin işlək vəziyyətdə saxlanılması üçün ehtiyat hissələrinin satın alınması üzrə tenderin qalibi açıqlanıb.

32gun.az xəbər verir ki, tenderin qalibi “Caspian Expert Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qalib şirkətlə 1.290.488,12 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir.

Diqqət çəkən məqam isə tenderi udan şirkətin nizamanmə kapitalımnın 10 manat olmasdıdır. MMC-nin qanuni təmsilçisi  Aytən Eynullayeva Mirzə qızıdır.

Xatırladaq ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub. Bundan əvvəl isə bu qurumun özünün də külli miqdarda vergi borcu barədə məlumat vermişdik.

Nilay

Oxşar Xəbərlər