ÖZ XƏBƏR

Surxanı Tibb Mərkəzində texniki servis və təmir işləri üçün 39 minlik müqavilə bağlanıb

“Suraxanı Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi tikililərin, o cümlədən qazanxana və nasosxana servislərinin texniki servisi və təmir işləri ilə bağlı müxtəlif malların satın alınması üzrə müqavilə imzalayıb.

32gun.az xəbər verir ki,  tenderin qalibi “Aktiv-A” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və şirkətlə 39.639,74 AZN dəyərində müqavilə bağlanıb.

Satınalma çərçivəsində bina daxili təmir və texniki xidmət işlərinin səmərəli aparılması təmin olunacaq.

Ayaz

Oxşar Xəbərlər