ÖZ XƏBƏR

Nazirlik 1C proqram təminatının alınması və qurulması xidmətini satın alır

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 1C proqram təminatının alınması və qurulması xidmətləri üzrə tender həyata keçirib.

32gun.az xəbər verir ki, bağlancaq müqavilənin dəyəri 222.117,3 AZN təşkil edir və xidmətləri “Complex Services” Məhdud Məsuliyyətli Cəmiyyəti təmin edəcək.

Tender çərçivəsində alınacaq proqram təminatı aşağıdakı modulları əhatə edir:

  • Proqram təminatının lisenziyaları: 1C: Müəssisə 8.3, Büdcə təşkilatları üçün Kompleks avtomatlaşdırma 2.4, server və 30 istifadəçi üçün iş lisenziyaları.

  • Büdcə və smeta modulu: Smetaların tələblərə uyğunlaşdırılması, xərclərin proqnozlaşdırılması və müxtəlif analitik meyarlara uyğun hesabatların hazırlanması.

  • Satınalma və təchizat modulu: Satınalma prosedurlarının avtomatlaşdırılması, sifariş və müqavilələrin idarə olunması.

  • Anbar modulu: Mal-materialların daxil edilməsi, daxili yerdəyişməsi, silinməsi, inventarizasiya əməliyyatları və hesabatların formalaşdırılması.

  • Mühasibatlıq modulu: Qısamüddətli və uzunmüddətli aktivlərin, öhdəliklərin, gəlir və xərclərin avtomatik formalaşdırılması, ödəniş tapşırıqlarının və müqavilə əsasında sənədlərin hazırlanması.

  • Hesabatlıq modulu: Maliyyə və vergi hesabatlarının avtomatik tərtibi, pul vəsaitlərinin hərəkəti, mənfəət və zərər, kapital və digər operativ məlumatların əldə olunması.

Ayaz

Oxşar Xəbərlər