ÖZ XƏBƏR
Ağdam Rayon Mərkəzi Xəstəxanasında 26 minlik alış-veriş planı
“Ağdam Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi müxtəlif növ mal-material və avadanlıqların satın alınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, tender çərçivəsində alınacaq məhsullar arasında şüşə silmək üçün maye (31 ədəd), plastik qabda 5 litrlik maye sabun (30 ədəd), paslanmayan qab süngəri (50 ədəd), boru açan vasitə (15 litr), 17x17 ölçülü 15W led panellər – dördbucaq (20 ədəd) və dairəvi (25 ədəd) yer alır.
Ehtimal olunan qiymət 26.215,77 AZN təşkil edir və satınalma xəstəxananın gündəlik fəaliyyətinin səmərəli təşkili məqsədilə həyata keçirilir.
Ayaz