ÖZ XƏBƏR
Vüqar Behbudov sədri olduğu agentlikdə 1 milyonluq alış-veriş - elektrik çaydanları, akkumulyatorlu dərmansəpən, kondisionerlər və.s
“Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi elektrik avadanlıqlarının satınalınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, tender çərçivəsində alınacaq avadanlıqlar arasında 1.7 litr tutumlu elektrik çaydanlar (30 ədəd), akkumulyatorlu dərmansəpən (1 ədəd), 30-35 m² üçün kondisionerlər (3 ədəd, quraşdırılma daxil), 6 litrlik termopot (1 ədəd), kiçik və böyük soyuducular (müvafiq olaraq 1 ədəd) və digər elektrik avadanlıqları yer alır.
Ehtimal olunan qiymət 1.023.941,37 AZN təşkil edir.
Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovdur.
Ayaz