ÖZ XƏBƏR

Şirvan suvarma kanalının yenidən qurulması üzrə qiymətləndirmə xidməti üçün tender elan edilib

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi Şirvan suvarma kanalının yenidən qurulması layihəsi çərçivəsində Ağdaş rayonu üzrə tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərin kompensasiyasının hesablanması üçün qiymətləndirmə xidməti üzrə tender keçirib.

32gun.az xəbər verir ki, tender çərçivəsində aşağıdakı xidmətlər həyata keçiriləcək:

  • Xüsusi mülkiyyət torpaq sahələrinin qiymətləndirilməsi – 400 ədəd,

  • Bələdiyyə mülkiyyəti torpaq sahələrinin qiymətləndirilməsi – 114 ədəd,

  • Ağacların qiymətləndirilməsi – 71.496 ədəd,

  • Tikililərin qiymətləndirilməsi – 32 ədəd.

Tenderin ehtimal olunan qiyməti 174.105,70 AZN təşkil edir.

Ayaz

Oxşar Xəbərlər