ÖZ XƏBƏR
Bakı Dövlət Universitetində tədris binasının əsaslı təmiri üçün 25 milyon manatlıq satınalma həyata keçiriləcək
Bakı Dövlət Universiteti Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili, 1 nömrəli tədris binasının əsaslı təmiri işləri üçün tender elan edib.
32gun.az xəbər verir ki, ehtimal olunan qiymət 25.069.900,04 AZN təşkil edir. Satınalma universitetin tədris infrastrukturlarının modernləşdirilməsi və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədini daşıyır.
Ayaz