ÖZ XƏBƏR

Azərbaycan Minatəmizləmə Agentliyi minaaxtaran itlər üçün baytarlıq xidmətlərinə 199 min manat ayırıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi minaaxtaran itlər üçün baytarlıq xidmətlərinin satınalınması üzrə tender elan edib.

32gun.az xəbər verir ki, tender çərçivəsində xidmətlərə daxildir: həkim qəbulu (ümumi yoxlanış, qulaq və göz yoxlaması, ağız boşluğunun yoxlanması), ümumi və biyokimya qan analizləri, USM (ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, öd-dalaq, böyrəklər), Caniv-4 (Leishmania) testi, rentgen (2 proeksiya) və digər müayinə və diaqnostik prosedurlar.

Ehtimal olunan qiymət 199.498,33 AZN təşkil edir və xidmət 320 ədəd minaaxtaran itin müayinə və tibbi xidmətlərini əhatə edəcək.

Ayaz

Oxşar Xəbərlər