ÖZ XƏBƏR
TƏHLÜKƏLİ PUSQU PAKİSTANDA: Şimal-Qərbdə 4 Nəfər qətlə yetirildi – Komissar köməkçisi və olislər hədəf alınıb
Pakistanın şimal-qərb hissəsində dəhşətli terror aktı baş verib. Silahlı şəxslər tərəfindən həyata keçirilən hücum nəticəsində dörd nəfər öldürülüb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, nhadisə ölkənin qeyri-sabit regionlarından sayılan Xeybər-Paxtunxva vilayətində qeydə alınıb.
Məlumatda bildirilir ki, öldürülənlər arasında yüksək rütbəli məmur – Miranşah komissarının köməkçisi Şah Vəli və onunla birlikdə olan iki polis əməkdaşı da var.
Silahlı cinayətkarlar xidməti avtomobildə olan Şah Vəlini pusquya salaraq şiddətli atəşə tutublar. Bu qanlı hücum nəticəsində həm məmur, həm də onu müşayiət edən təhlükəsizlik əməkdaşları həyatlarını itiriblər.
Hücumdan dərhal sonra əraziyə təhlükəsizlik qüvvələri və polis qüvvələri cəlb edilib. Bölgədə birgə əməliyyata start verilib və ərazidə təhlükəsizlik vəziyyəti yüksək hazırlıq səviyyəsinə gətirilib.
Ayaz