ÖZ XƏBƏR
DƏHŞƏTLİ QƏZA GƏNCƏDƏ: "Mercedes" Ağaca Çırpıldı – Xəsarət Alanlar Var
Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Şəhərin mərkəzi arteriyalarından sayılan Atatürk prospektində baş verən qəza nəticəsində insanlar xəsarət alıb.
32gun.az xəbər verir ki, prospektdə hərəkət edən "Mercedes" markalı minik avtomobili qəflətən idarəetmədən çıxaraq yolun kənarında yerləşən ağaca çırpılıb. Zərbənin gücündən maşına ciddi ziyan dəyib.
Təəssüf ki, qəza zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırılıb.
Dərhal hadisə yerinə Polis əməkdaşları cəlb olunaraq prospektdə təhlükəsizlik tədbirlərini gücləndirib. Faktla bağlı araşdırma başlanılıb, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.
Nilay