ÖZ XƏBƏR

Naxçıvan Təhsil Nazirliyinin 715 minlik tenderi iştirakçı çatışmazlığı səbəbindən ləğv edildi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki müəssisələr üçün İKT və məişət avadanlıqlarının satın alınması planlaşdırılan tender ləğv edilib.

32gun.az xəbər verir ki, ləğv edilmə səbəbi tenderdə iştirak etmək üçün təklifi və təminatı təqdim edən, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır (36.1.1).Bildirilir ki, “yetər say olmadığı üçün ləğv edilir. Tenderin ehtimal olunan dəyəri 715 598,02 AZN təşkil edirdi.

Ayaz

Oxşar Xəbərlər