ÖZ XƏBƏR

“Azəristiliktəchizat”ın 100 minlik avtomobil tenderi iştirakçı çatışmazlığı səbəbindən ləğv edildi

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin xidməti minik avtomobilinin satın alınması üzrə açıq tender ləğv edilib.

32gun.az xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 100 100,00 AZN təşkil edirdi. Ləğv edilmə səbəbi isə iştirakçıların sayının yetərli olmaması – tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik təchizatçıların üçdən az olmasıdır (36.1.1).

Rəsmi açıqlamada bildirilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən açıq tender ləğv edilir.

Ayaz

Oxşar Xəbərlər