ÖZ XƏBƏR

FHN 865 minlik avadanlıq tenderini bu şirkət uddu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi müxtəlif növ cihaz və avadanlıqların satın alınması üzrə açıq tender elan edib.

32gun.az xəbər verir ki,  tenderin qalibi  “Baku Digital” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bağlanacaq müqavilənin dəyəri 865 456 AZN-dir.

Tender çərçivəsində aşağıdakı avadanlıqlar alınacaq:

  • 10 ədəd yüksək təzyiqli moyka aparatı (200 bar, su sərfi 900 l/saat, maksimum temperatur 60 dərəcə, şlanq uzunluğu 12 m, çəkisi 50 kg)

  • 20 ədəd motomişar (yerdəyişmə 76,5 sm³, güc 4,4–6,0 kVt, çəkisi 6,6 kg)

  • 50 ədəd divara quraşdırılmış split tip kondisioner (xidmət olunan sahə 35–40 kv.m, enerji sinfi A, soyutma gücü 3700 Vt, qızdırma gücü 3750 Vt)

  • 50 ədəd sahra bölməsi üçün kondisioner (xidmət sahəsi 50–65 kv.m, soyutma 5300 W / qızdırma 5450 W, enerji səmərəliliyi EER 3.2 / COP 3.4, freon R-410)

  • 10 ədəd divar tipli slit kondisioner (36000 BTU, iş sahəsi 120 kv.m, enerji sinfi A, qaz R410A)

  • 15 ədəd soyuducu (həcmi 322 L, ümumi 439 L, idarəetmə mexaniki, 2 kameralı)

Tender çərçivəsində digər əlavə avadanlıqlar da alınacaq.

Nilay

Oxşar Xəbərlər