ÖZ XƏBƏR

Mədəniyyət Nazirliyİ telefon sistemini yenilədi: QİYMƏT 6.065,2 AZN!

32gun.az xəbər verir ki, Mədəniyyət Nazirliyi mühüm rəqəmsal yeniliyə imza atıb. Nazirliyin daxili kommunikasiya sisteminin modernləşdirilməsi məqsədilə İP telefoniyasının lisenziyalı proqramlarının tətbiqi üzrə xidmətlərin satın alınması başa çatıb.

​Bu tender prosesinin qalibi bəlli olub və cəmiyyətdə maraq doğuran məbləğ açıqlanıb.

​Mədəniyyət Nazirliyi üçün bu xidmətlərin satın alınması üzrə keçirilən tenderi "BAKİNİTY DİSTRİBUTİON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ qazanıb.

​Məlumatlara görə, qalib şirkətin təklif etdiyi yekun qiymət 6.065,2 AZN təşkil edib. Bu məbləğ nazirliyin İP telefoniya sisteminin müasir tələblərə cavab verən lisenziyalı proqram təminatları ilə təchiz edilməsinə sərf olunacaq.

​Təchizat işlərini isə "ƏSASLI TİKİNTİ VƏ TƏCHİZAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ həyata keçirib.

Ayaz 

Oxşar Xəbərlər