GÖMRÜK KOMİTƏSİNİN BİRLİYİNDƏ "FACE CONTROL": "AZƏRTERMİNALKOMPLEKS" 20 MİNDƏN ÇOX MANATI KİMƏ VƏ NƏ ÜÇÜN ÖDƏDİ?
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan "AZƏRTERMİNALKOMPLEKS" BİRLİYİ tərəfindən həyata keçirilən tender nəticəsi ictimaiyyətin marağına səbəb olub.
32gun.az xəbər verir ki, "Face Control avadanlıqlarının satınalınması" məqsədilə keçirilən prosedurda qalib "CASPİAN SUPPLİES AZE" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib. Müqavilənin ümumi dəyəri 20.258,24 AZN təşkil edib.
"AZƏRTERMİNALKOMPLEKS" BİRLİYİnin bu avadanlıqları Gömrük terminalları və komplekslərində təhlükəsizlik və giriş-çıxış nəzarətini gücləndirmək üçün istifadə edəcəyi ehtimal olunur.
Face Control sistemləri adətən:
-
Şəxslərin identifikasiyası: Terminal ərazisinə daxil olan və çıxan heyətin avtomatik tanınması.
-
İş vaxtına nəzarət: Əməkdaşların işə gəliş və gediş saatlarının dəqiqliklə qeydiyyatı.
-
Giriş icazələrinin idarə edilməsi: Yalnız səlahiyyətli şəxslərin müəyyən zonalara buraxılması.
kimi kritik funksiyaları yerinə yetirir.
Ayaz