ÖZ XƏBƏR

MilliÖN-ün lotereya qalibi 15 gündür pulunu ala bilmir – “Hər dəfə deyirlər ki, bu həftə köçəcək”

MilliÖN şirkətinin keçirdiyi lotereya oyununda 200 manat qazanan vətəndaş Əsgər Ramazanlı artıq 15 gündür ki, uduşunu ala bilmədiyini bildirir. 32gun.az bildirir ki, Onun sözlərinə görə, şirkətin qaynar xəttinə dəfələrlə müraciət etsə də, hər dəfə “bu həftə köçürüləcək” cavabı ilə yola verilir.

Ramazanlı deyir ki, qısa zamanda ödənilməli olan uduş üçün ona əsassız vədlər verilir:

“Uduşu elan edəndə hamını həvəsləndirirlər. Amma pulu köçürmək lazım olanda müxtəlif bəhanələrlə vaxt uzadırlar. 200 manat üçün 15 gündür gözləyirəm. Az qala qazandığım pulun yarısını qaynar xəttə zəng edib sərf etmişəm.”

O, şirkətin bu cür gecikmələrinin digər qaliblərə də problem yarada biləcəyini bildirib və MilliÖN-dən məsələ ilə bağlı aydınlıq gətirməsini tələb edib.

Ayaz 

Oxşar Xəbərlər