“Azərişıq” 1 həftə sonra əncam çəkdi - Sakinləri qorxuya salan qəzalı vəziyyətdə olan elektrik dirəyinə (YENİLƏNİB)
Bakı sakininin narazılığı həll olundu
Xəbər verdiyimiz kimi, Bakı sakini Valeh Dünyamalıyev həyətinin yaxınlığındakı beton elektrik dirəyinin çürüyərək təhlükə yaratdığını bildirirdi. Sakin bir həftə əvvəl “Azərişıq”ın qaynar xəttinə müraciət etsə də, cavab ala bilməyib. Yenidən zəng etdikdə isə ona “abonent ASAN Xidmətə müraciət etməlidir” deyilib.
“Azərişıq” ASC-d=ən 32gun.az-la əlaqə saxlayaraq bildirilib ki, məsələ ilə bağlı baxış keçirilib. Danha sonra problem artıq aradan qaldırılıb.
*** 2025-12-03 22:20:41
Bakı sakini Valeh Dünyamalıyev “Azərişıq” ASC-yə məxsus 10 minlik yüksək gərginlik xəttinin vəziyyətindən narazıdır.
32gun.az bildirir ki, onun sözlərinə görə, həyətinin yaxınlığında yerləşən beton elektrik dirəyi çürüyüb və hər an aşıb ciddi təhlükə yarada bilər. Dünyamalıyev bildirir ki, məsələ ilə bağlı bir həftə əvvəl “Azərişıq”ın qaynar xəttinə müraciət edib və ona “qeyd alındı, məlumat veriləcək” deyilib. Lakin ötən müddət ərzində heç bir məlumat təqdim olunmayıb.
Sakin deyir ki, bu gün yenidən qaynar xəttə müraciət etsə də, aldığı cavab daha da narahatlıq yaradıb:
“Deyirlər guya gəlib baxıblar, abonent özü ASAN Xidmətə müraciət edib dirəyin dəyişdirilməsini istəməlidir. Mən niyə onların işini görməliyəm? Dirək mənim şəxsi mülküm deyil ki, özüm dəyişdirim. Sabah aşsa, birini bədbəxt eləsə, uşaq-zad var həyətdə, məsuliyyəti kim daşıyacaq?”
Dünyamalıyev əlavə edib ki, qaynar xətt əməkdaşı ona əlavə məlumat verməkdən yayınaraq “məlumatım bu qədərdir” deyib.
Sakin “Azərişıq”ın fəaliyyətinə nəzarət edən daha yüksək instansiya və ya ümumi nəzarət xətti barədə məlumat axtarır və məsələ ilə bağlı tədbir görülməsini tələb edir.
Qeyd edək ki, “Azərişıq” ASC-yə Vüqar Əhmədov rəhbərlik edir.
Ayaz