ADPU-nun Quba filialı mühafizə xidmətinə 55 min manat ayırdı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı mühafizə xidmətinin satınalınması üzrə tenderin qalibini açıqlayıb.
32gun.az xəbər verir ki, satınalmanın qalibi “GESCO” ASC olub. Tərəflər arasında 55.068,24 manat məbləğində müqavilə imzalanacağı gözlənilir.
Müqaviləyə əsasən, filialın ərazisində təhlükəsizlik xidmətlərinin təşkili üçün heyət ayrılıb. Sənəddə aşağıdakı ştat vahidləri nəzərdə tutulur:
Xidmət rəisi – 1 nəfər
Mühafizə xidmətinin təşkili və mühafizəçi heyətinə nəzarət. Müddət: 12 ay.
Mühafizəçilər – 8 nəfər
1 stasionar, 1 səyyar postun fəaliyyəti üçün heyət ayrılıb. Müddət: 12 ay.
Satınalmanın kodu: 92121504.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru Yusif Alıyevdir.
Ayaz